Medianews.az
Streslə aclıq hissinin
55 baxış

Streslə aclıq hissinin əlaqəsi

“Xroniki stress insanlarda aclıq hissini və şirin qidalara olan həvəsi artıra bilər”.

Medianews.az xəbər verir ki, bunu psixoloq Ulyana Maxova deyib.

Maxovanın sözlərinə görə, kəskin stress adətən iştahanı azaldır, lakin xroniki stress zamanı kortizol hormonunun səviyyəsi yüksəlir və bu da əksinə, aclıq hissini artırır.

Mütəxəssis əlavə edib ki, stress zamanı yeməyə meyl bəzən uşaqlıqdan formalaşan vərdişlərlə də bağlı olur. O, stressli qidalanmanın qarşısını almaq üçün emosional və fiziki aclıq arasında fərq qoymağı və şüurlu qidalanma vərdişləri üzərində işləməyi tövsiyə edib.

Medianews.az

Bizə qoşulun