Medianews.az
Soyuqdəymədən tez sağalmaq üçün
57 baxış

Soyuqdəymədən tez sağalmaq üçün faydalı qidalar

Diyetoloqlar Bonni Taub-Diks və Cessika Kordinq soyuqdəymədən sağalmanı sürətləndirən bir neçə məhsulu açıqlayıblar.

Medianews.az xəbər verir ki, onların tövsiyələri “Prevention” nəşrində dərc olunub.

Taub-Diksin sözlərinə görə, xəstəlik zamanı kifayət qədər maye və lif qəbul etmək vacibdir. Bunun üçün o, yaşıl çay içməyi, həmçinin dondurulmuş ispanaq, banan və badam südündən hazırlanmış smuzi tövsiyə edib. Diyetoloq əlavə olaraq yulaf sıyığı, bal ilə yunan yoqurtu, portağal, sobada bişmiş kartof və batat yeməyi məsləhət görüb.

Kordinq isə simptomların yüngülləşməsində sümük bulyonunun xüsusi rolunu vurğulayıb. Onun sözlərinə görə, bu bulyon asan həzm olunur, toyuq bulyonundan daha çox zülal ehtiva edir və orqanizmin susuzlaşmasının qarşısını alır. Bu xüsusilə qida həzmi problemləri, ishal və yüksək hərarət zamanı vacibdir.

Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma və maye qəbulunun artırılması soyuqdəymədən daha tez sağalmağa kömək edir.

Medianews.az

Bizə qoşulun