Mütəxəssislərin sözlərinə görə, soyuducuda saxlanılan yumurtalar adətən üç həftəyədək təhlükəsiz hesab olunur. Qablaşmanın üzərində göstərilən son istifadə tarixi isə daha çox məhsulun keyfiyyətinə aiddir və yumurtanın tam yararsız olduğu anlamına gəlmir.
Medianews.az xəbər verir ki, yumurtaların soyuducunun qapısında deyil, daxili rəflərində saxlanılması tövsiyə olunur. Karton qutu isə həm zərbələrdən qoruyur, həm də qoxuların hopmasının qarşısını alır.
Yumurtanın xarab olub-olmadığını yoxlamaq üçün bir neçə üsul var. Su testində təzə yumurta qabın dibinə çökür, köhnə yumurta isə dik dayanır və ya üzə çıxır. Bundan əlavə, xarab yumurta kəskin kükürd qoxusu verir. Çəhrayı və ya parlaq yaşıl rəngli yumurta ağı isə bakterial çirklənmə əlaməti sayılır və belə yumurta istifadə edilməməlidir.
Medianews.az