Türkiyədə “Mənim stilim” (“İşte Benim Stilim”) televiziya yarışması ilə tanınan sosial media fenomeni və modelyer Ayşəgül Əraslan evində ölü tapılıb.
Medianews.az xəbər verir ki, hadisə İstanbulun Ortabayır məhəlləsində gecə saatlarında baş verib.
Ayşəgül Əraslandan uzun müddət xəbər ala bilməyən yaxınları onun evinə gəliblər. Qapı açılmadıqdan sonra polisə məlumat verilib. Mənzilə daxil olan polis əməkdaşları Əraslanı hərəkətsiz vəziyyətdə tapıblar. Hadisə yerinə çağırılan həkimlər onun həyatını itirdiyini təsdiqləyiblər.
Hadisədən əvvəl Ayşəgül Əraslanın sosial şəbəkədə etdiyi paylaşımlar diqqət çəkib. O, paylaşımında “Bilmədiyiniz və danışmadığım şeylər var. Bildiyim tək şey yaxşı insan olduğumdur, heç kimə pislik etməmişəm” sözlərini yazıb.
Daha sonra qanlı məktubu sosial mediada geniş müzakirələrə səbəb olub. Mesajda onun həyatın çətin olduğunu qeyd etdiyi və itlərinə yaxşı baxılmasını istədiyi bildirilir.
Baş verən hadisə ilə bağlı intihar ehtimalı da araşdırılır. Faktla bağlı istintaq başladılıb.
1997-ci ildə İstanbulda anadan olan 27 Ayşəgül Əraslan modelyer kimi fəaliyyət göstərirdi. O, televiziya dünyasında “Mənim stilim” yarışması ilə tanınıb, sosial şəbəkələrdə geniş izləyici auditoriyası qazanıb.
Medianews.az







