Medianews.az
Sosial media fenomeni
67 baxış

Sosial media fenomeni saxlanıldı

Türkiyənin məşhur sosial media fenomeni Enes Batur barəsində həbs qərarı çıxarılıb.

Medianews.az xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, o, İstanbul hava limanında saxlanılıb.

İstanbul Respublika Baş Prokurorluğunun apardığı narkotik əməliyyatı çərçivəsində ona qarşı “narkotik və ya psixotrop maddələrin istehsalı və satışı”, “istifadəyə şərait yaratma” və “istifadə məqsədilə əldə etmə və saxlama” maddələri ilə ittiham irəli sürülüb.

Yanvarın 31-də keçirilən əməliyyat zamanı bir sıra şəxslər barədə araşdırma başladılıb. Həmin vaxt xaricdə olduğu üçün Enes Batur haqqında axtarış qərarı çıxarılmışdı.

Türkiyəyə qayıdan fenomen İstanbul hava limanında saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

 Medianews.az

Bizə qoşulun