Böyük Britaniyada 37 yaşlı qadın mağazalardan 320 ədəd yumurta şokolad (“Cadbury’s Creme Eggs”) və başqa məhsullar oğurladığına görə 41 həftəlik (təxminən 10 ay) həbs cəzası alıb.
Medianews.az xəbər verir ki, o, fevralın 13-də Peterboro şəhərindəki mağazadan 64 qutu yumurta şokolad çıxarıb, daha sonra spirtli içki və pendir oğurlayıb. Polis onu martın 18-də saxlayıb.
Məhkəmə qadını beş oğurluq ittihamı üzrə günahkar bilib və mağazalara 882 funt sterlinq kompensasiya ödəməyə məcbur edib.
Medianews.az

