Medianews.az
Reklam çəkilişindən qazandığı qonorar dodaq uçuqlatdı -
62 baxış

Reklam çəkilişindən qazandığı qonorar dodaq uçuqlatdı - VİDEO

Türkiyəli aktrisa Sıla Türkoğlu yeni siması olduğu diş məcunu brendi ilə imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, aktrisa cəmi 8 saatlıq reklam çəkilişi üçün 15 milyon TL qonorar alıb.

“Posta” nəşrinin yaydığı xəbərə əsasən, Türkoğlu yeni müqaviləsi çərçivəsində brend üçün keçirilən reklam kampaniyasında iştirak edib və qısa müddətli çəkilişdən yüksək məbləğdə gəlir əldə edib. İddia olunur ki, aktrisanın qazancı 15 milyon TL təşkil edib.

Qısa müddətli reklam layihəsindən əldə etdiyi məbləğ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Kızılcık Şerbeti serialı ilə geniş tamaşaçı auditoriyası qazanan Sıla Türkoğlu son illər reklam bazarında da ən çox tələb olunan simalardan birinə çevrilib.

Yeni müqavilə isə onun reklam sektorundakı mövqeyini daha da gücləndirib.

Bizə qoşulun