Rusiyada yol nişanı yerindən qoparaq avtobusun pəncərəsinə dəyib.
Medianews.az xəbər verir ki, hadisə Voronej şəhərində baş verib.
Qırılan şüşə sərnişin salonuna səpələnib. Bir qadın xəsarət alıb. Lövhə onun başına dəyib, əlləri isə şüşə qırıntılarından kəsilib.
Zərərçəkən qadın bir müddət sonra başgicəllənmə və baş ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib.
Şəhər administrasiyası bildirib ki, hadisəyə səbəb güclü külək olub. Qəzadan sonra avtobus təmirə göndərilib.
Medianews.az