Hindistanda sevgililər arasında yaranan mübahisə ağır cinayətlə nəticələnib.
Medianews.az xəbər verir ki, faciəyə səbəb qadının sevgilisinə skuterini vermək istəməməsi olub.
27 yaşlı qadının valideynləri tərəfləri sakitləşdirməyə çalışıblar. Lakin 32 yaşlı kişi qəzəblənərək qadının və valideynlərinin üzərinə benzin tökərək onları yandırıb. Bundan sonra o, hadisə yerindən qaçıb.
Qonşular qışqırıq səslərini eşidərək ailənin köməyinə gəlib və yaralıları xəstəxanaya çatdırıblar. Həkimlər onların vəziyyətini nəzarətdə saxlayır.
Polis qısa müddət sonra kişini saxlayıb və faktla bağlı cinayət işi açılıb.
Medianews.az