Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olduqdan sonra gələcəyi ilə bağlı açıqlama verib.
Medianews.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin sözlərinə görə, ilk növbədə Argentina Futbol Federasiyasının prezidenti ilə görüşəcək və hazırkı müqaviləsini dekabr ayına qədər yerinə yetirdikdən sonra vəzifəsini tərk etməyi düşünür.
“Nə Messi ilə danışmışam, nə də gələcəyimlə bağlı yekun qərar vermişəm. Müqaviləmi dekabradək yerinə yetirmək, daha sonra isə dayanmaq niyyətindəyəm. Hər şeyi sakit şəkildə düşünməliyəm. Milli komandada işləmək hər bir məşqçinin arzusudur, amma davam etmək üçün özündə yenidən güc tapmalı, yeni komanda formalaşdırmalısan. Əvvəlki uğurları təkrarlamaq çox çətin olacaq”.
Mətbuat konfransı zamanı emosiyalarına hakim ola bilməyən Skaloni göz yaşlarını saxlaya bilməyib.
Medianews.az