Yay mövsümü ərəfəsində bədəndəki şişkinlikdən qurtulmaq istəyənlər arasında “ödəm limonadı” kimi tanınan içki populyarlaşıb.
Medianews.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu içki orqanizmdə yığılan artıq mayenin atılmasına kömək edə bilər.
Ödəm adətən çox duz qəbulu, az su içmək, hərəkətsizlik və hormonal dəyişikliklər nəticəsində yaranır. Bu baxımdan limon, ananas və nanə tərkibli içki həm yüngülləşdirici, həm də sərinləşdirici təsiri ilə seçilir.
Hazırlanması:
Dəmlənmiş ananas qabığı, limon suyu və su qarışdırılır. Üzərinə nanə yarpaqları və istəyə görə ananas dilimləri əlavə olunur. Soyuq halda təqdim edilir.
Qeyd olunur ki, müntəzəm istifadə zamanı bu içki şişkinliyin azalmasına və bədənin rahatlamasına dəstək ola bilər.
Medianews.az