Mütəxəssislər bildirirlər ki, ödəm və şişkinlik hər zaman yorğunluq və ya isti hava ilə bağlı olmur. Bəzi gündəlik vərdişlər də orqanizmdə maye toplanmasına səbəb ola bilər.
Medianews.az xəbər verir ki, fitnes mütəxəssisi Alena Savçenkonun sözlərinə görə, sadə həyat tərzi dəyişiklikləri ödəmləri azaltmağa və bir neçə gün ərzində nəzərəçarpan nəticə əldə etməyə kömək edir.
İlk növbədə, gündə 7–8 saat keyfiyyətli yuxu vacibdir. Yuxusuzluq, stress və yorğunluq orqanizmin fəaliyyətinə mənfi təsir göstərərək şişkinliyi artıra bilər.
İkinci vacib amil fiziki aktivlikdir. Hərəkətsizlik limfa dövranını zəiflədir və mayenin bədəndə toplanmasına səbəb olur. Mütəmadi məşqlər və ya gündəlik gəzintilər bu problemin qarşısını almağa kömək edir.
Mütəxəssis həmçinin kifayət qədər su içməyi, duzlu qidaların, fastfudun və spirtli içkilərin qəbulunu azaltmağı tövsiyə edir. Düzgün qidalanma və su balansının qorunması orqanizmdə maye yığılmasının qarşısını alır.
Medianews.az