Medianews.az
Siqaret çəkdiyinə görə sümüklərini
59 baxış

Siqaret çəkdiyinə görə sümüklərini SINDIRDILAR

Rusiyada 38 yaşlı kişi yaşayış binasının pilləkənində siqaret çəkdiyinə görə ağır şəkildə döyülüb.

Medianews.az xəbər verir ki, hadisə Moskvada baş verib.

Kişi siqaret çəkdiyi zaman üç naməlum şəxs ona irad bildirərək bir neçə zərbə endirib.

Hadisə zamanı kişinin anası onu mənzilə çəkərək qapını bağlayıb və təcili yardım çağırıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun müxtəlif sınıqlar və digər xəsarətlər aldığını müəyyən ediblər.

Polis əməkdaşları hadisə ilə bağlı iki şübhəlini saxlayıblar. Onların 26 və 22 yaşlarında olduqları bildirilir. Saxlanılanlardan birinin əvvəllər məhkum olunduğu qeyd edilir. Üçüncü şəxsin axtarışları davam edir.

Faktla bağlı ağır bədən xəsarəti yetirmə maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Medianews.az

Bizə qoşulun