Medianews.az
Şiddətli yağışlar nəticəsində  azı 45 nəfər ölüb -
123 baxış

Şiddətli yağışlar nəticəsində azı 45 nəfər ölüb - Bu ölkədə

Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində azı 45 nəfər həlak olub, 105 nəfər yaralanıb.

Bu barədə “Geo TV” yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Vilayətin fövqəladə halların idarə olunması agentliyinin məlumatına görə, bölgə sakinləri əsasən sel sularının yuyub apardığı tikililərin uçması nəticəsində zərər çəkiblər. Ümumilikdə 442 evə ziyan dəyib, onlardan 60-ı tamamilə dağılıb.//Operativ Media 

Bizə qoşulun