Medianews.az
Səudiyyə Ərəbistanından
156 baxış

Səudiyyə Ərəbistanından 200-dən çox azərbaycanlı təxliyə edildi

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi həyata keçirilib.

Medianews.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Təxliyə reysi vasitəsilə ümumilikdə 200 nəfərdən çox vətəndaşın Azərbaycana qayıdışı təmin edilib.

Bizə qoşulun