Rusiyada yaşlılar və uşaqlar daxil olmaqla sərnişinlər təxminən 2 saat təyyarədə saxlanıb.
Medianews.az xəbər verir ki, hadisə Moskvadakı Şeremetyevo hava limanında, aprelin 27-ə keçən gecə baş verib.
Moskva–Mahaçqala reysi yerli vaxtla saat 02:00-da qalxmalı idi. Lakin pilot texniki nasazlıq səbəbindən uçuşun gecikdiyini və sərnişinlərin terminala qaytarılacağını bildirib.
Buna baxmayaraq, sərnişinlər təyyarədən endirilməyib və təxminən iki saat ərzində kabinədə gözləməli olublar. Daha sonra uçuş həyata keçirilib.
Medianews.az