Medianews.az
Sərnişin təyyarəsi yük maşınına çırpılıb -
97 baxış

Sərnişin təyyarəsi yük maşınına çırpılıb - VİDEO

ABŞ-də Birləşmiş Hava Yollarına (United Airlines) məxsus Boeing 767 təyyarəsi yolda hərəkətdə olan çörək daşıyan yük maşınına çırpılıb.

Medianews.az xəbər verir ki, hadisə Nyu-Cersi ştatındakı Nyuark hava limanına eniş edərkən baş verib.

Hadisə anı həm avtomobil kamerası, həm də mobil telefonlarla qeydə alınıb.

Görüntülərdə təyyarənin aşağı hissəsinin magistral yoldan keçərkən yük maşınına toxunduğu görünür. Toqquşma nəticəsində maşın zədələnib, sürücü isə xəsarət almadan xilas olub.

Rəsmilər və aviasiya mütəxəssisləri təyyarənin niyə bu qədər aşağı hündürlükdə uçduğunu araşdırır. Məlumata görə, təyyarə daha sonra təhlükəsiz şəkildə eniş edib.

Hadisə sosial mediada geniş yayılaraq böyük maraq doğurub.

Medianews.az

Bizə qoşulun