Medianews.az
Təyyarə anqara çırpıldı -
83 baxış

Təyyarə anqara çırpıldı - ölən var

Avstraliyada təyyarə qəza edib.

Medianews.az bildirir ki, hadisə aprelin 29-u Adelaida şəhəri yaxınlığında yerləşən Parafield hava limanında baş verib.

Təyyarə eniş zamanı anqara çırpılıb və yanğın baş verib. Qəza nəticəsində pilot və bir sərnişin həyatını itirib, daha 11 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, təyyarə havada qəfil tarazlığını itirib və sürətlə aşağı düşüb. 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Hava limanı bütün uçuşlar üçün bağlanıb. Bildirilir ki, bu, 2026-cı ildə Parafilddə baş verən ikinci aviaqəzadır.

Medianews.az

Bizə qoşulun