Medianews.az
Serenay Sarıkayanın tətil fotolarını
90 baxış

Serenay Sarıkayanın tətil fotolarını gündəm oldu

Məşhur aktrisa Serenay Sarıkaya anası Ümran Seyhanla birlikdə çıxdığı tətildən yeni fotolarını izləyiciləri ilə bölüşüb.

Medianews.az xəbər verir ki, sosial şəbəkədə yayılan paylaşımlar qısa zamanda böyük marağa səbəb olub.

Türkiyə mediasının məlumatına görə, gərgin iş mövsümündən sonra dincəlmək üçün dəniz və günəşin dadını çıxaran aktrisa tətil anlarını sosial media hesabında paylaşıb. Sarıkaya bəzi fotolarda zebra naxışlı, digər şəkillərdə isə yaşıl bikini ilə görüntülənib.

Aktrisanın paylaşımına yazdığı qeyd də diqqətdən yayınmayıb. 

Anası Ümran Seyhanla birlikdə istirahət edən məşhur aktrisanın təbii görünüşü və tətil fotoları izləyicilər tərəfindən çoxsaylı bəyənmə və şərhlər alıb. Sosial şəbəkə istifadəçiləri Sarıkayanın həm gözəlliyini, həm də sadə tətil tərzini yüksək qiymətləndiriblər.

Medianews.az





Bizə qoşulun