“Tehran neft emalı zavodunun hədəfə alınmasına cavab olaraq biz Hayfa limanında neft emalı zavodunu vurduq”.
Medianews.az APA-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
SEPAH-ın bəyanatında qeyd olunub ki, Hayfadakı obyektə hücum "Xeybər Şekan" raketləri ilə həyata keçirilib.
Məlumata görə, İsrail hərbi təyyarələri şənbə gecəsi paytaxtın cənubunda yerləşən Tehran neft emalı zavoduna zərbə endirib.