Medianews.az
“Səməndər Rzayevin pərəstişkarı olmuşam, məhz onun kimi sənətkarları yaşatmaq üçün bu lazımdır” -
238 baxış

“Səməndər Rzayevin pərəstişkarı olmuşam, məhz onun kimi sənətkarları yaşatmaq üçün bu lazımdır” - Afaq Bəşirqızı veriliş açır? - ÖZƏL+FOTO

“Televiziyalar böyük təbliğat maşınıdır. Bu hər zaman belə olub və bu cür də qalmalıdır. Ona görə də mənə elə gəlir ki, bir veriliş açmaq lazımdır və o verilişin hər buraxılışında sənətkarlara 45 dəqiqə vaxt sərf olunsa gənclər də həmin aktyor, aktrisaları tanıyarlar. Əlbəttə ki, onların arxiv materiallarından istifadə etməklə gözəl verilişlər ərsəyə gətirmək olar. Televiziyalarda bugünki islahatların müsbət nəticələr verəcəyinə əminəm”.

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib.

O daha sonra uzun zamandır reallaşdırdığı layihəsini tezliklə televiziyaya təqdim edəcəyini bildirib:

“Həmin sənətkarları bu gün biz yaşatmalıyıq. Təkcə komik aktyorları demirəm. Məsələn, Səməndər Rzayevin çox tanıdılmasının, yadda qalmasını istəyirəm. Çünki mən həqiqətən də onun pərəstişkarı olmuşam. Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Münəvvər Kələntərli və s. aktyor, aktrisalar tanınmalıdır. Belə verilişlərə ehtiyac böyükdür. Mənə belə gəlir ki, bu verilişi tezliklə hazırlayıb, telekanallara təklif edəcəm. Allah qoysa görək necə olacaq?”. 

Afaq Bəşirqızı bildirib ki, bəzi sənətçilərə əsl sənəti təbliğ edib və onların tamaşaçı ilə gözəl ünsiyyətinə nail olub:

“Özümlə səhnəyə çıxan bir çox aktyor və aktrisaları mən təbiiliyə yönləndirmişəm. Onları şitlikdən, sürüşkənlikdən, tamaşaçı ilə axmaq ünsiyyət yaratmaqdan uzaqlaşdırmışam. Belə hallar mənim ətrafımda olan sənətçilərdən çox-çox uzaqdır. Mən özümü çox xoşbəxt sayıram ki, onlar mənim adətimi, qoyduğum tələbi və səhnəyə olan hörmətimi həmişə ucada tuturlar”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun