Medianews.az
Səməd Vurğunun heç yerdə görmədiyiniz nadir
53 baxış

Səməd Vurğunun heç yerdə görmədiyiniz nadir FOTOSU

Tarixçi alim Cəmil Həsənli Səməd Vurğunun nadir fotosunu üzə çıxarıb.

Şairin fotosunu paylaşan alim bildirib ki, şəkli 18-20 il əvvəl Moskvada Rusiya Kino-Foto, Sənədlər Arxivində işləyərkən əldə edib:

"Səməd Vurğunun 120-ci doğum gününə bir həftə qalır (Səməd Vurğun 1906-cı il 21 martda anadan olub - red.). Qoy bu foto da böyük şairin ruhuna hədiyyə olsun.

Foto SSRİ yazıçılarının 1954-cü ilin 15-26 dekabr tarixlərində keçirilən ikinci qurultayında çəkilib. Orada Səməd Vurğun Sovet poeziyası haqqında geniş məruzə etmişdi.

Qurultay uzun çəkmişdi. Mixail Şoloxovun qurultayda Sovet rəhbərliyinin ədəbiyyat siyasətini tənqid etməsi, SSRİ-də "boz ədəbiyyat" təhlükəsi haqqında danışması kəskin mübahisələrə səbəb olmuşdu. Hamı yorulmuşdu. Bu foto həmin yorğunluğun dolğun bir kompoziyasıdır". /Yeni Sabah

Bizə qoşulun