Medianews.az
Şəkər və duzun təhlükəli əlaqəsi:
84 baxış

Şəkər və duzun təhlükəli əlaqəsi: Qan təzyiqinə təsir

Həddindən artıq şəkər qəbulu bədənin duza qarşı həssaslığını artıra bilər. Bu isə xüsusilə qan təzyiqi ilə bağlı problemlər yaşayan insanlar üçün risk yaradır.

Medianews.az xəbər verir ki, araşdırmalara görə, şəkər natriumun qan təzyiqinə təsirini gücləndirə bilər.

Xüsusilə yatmazdan əvvəl müntəzəm şəkildə şəkərli qəlyanaltılar qəbul etmək, gün ərzində qəbul edilən duzun təsirini artıraraq qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, bu hal bəzi insanlarda qan təzyiqinin tənzimlənməsinə mənfi təsir göstərə bilər. Buna görə də axşam saatlarında şəkərli qidaların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun