Medianews.az
Səidə bu dəfə Laləyə söz atdı -
59 baxış

Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”

“Mənə görə “Təsir dairəsi” Lalə Azərtaşın yüksəkliyini endirdi. Şəxsi  baxışım şəxsən belədir. Məsələ burasındadır ki, bütün kanallardakı bu cür verilişləri bağladılar, amma Xəzər TV-də “Təsir dairəsi” qaldı”.

Bunu aparıcı Səidə Bəkirqızı bildirib.

O, formatın aparıcı Lalə Azərtaşa yaraşmadığını deyib:

“Əllərində DNT testi ilə bətnlərindəki uşağın atasını axtarırdılar. Halal ərləri yanlarında ola-ola. Bu, bizim mental dəyərlərə uyğun idimi? Həmin verilişdə özünü döyən nə qədər analar görürdüm. Digər verilişlərdə özünü bu qədər döyən adamlar görmədim. Qadın özünü döyür, sonra deyirik ki, etmə-eləmə. Çünki biz döyülməyə, bağırmağa, qışqırmağa, evin içini, mətbəxini izləməyə aşiq olmuşuq. Bəlkə də bizə verilən qida o idi ki, bu şəkildə yeməliyik. Necə oldu ki, Audiovizual Şuranın dediyi fikirlər “Təsir dairəsi”nə aid olmadı? Lalə xanıma çox hörmət edirəm, amma onu belə formatda görmək istəmirəm. Çox gözəl xəbər aparıcısı idi”.

Xadırladaq ki, Azərbaycan teleməkanında bir sıra verilişlər, ATV-də Zaur Baxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Baxşəliyevanın “Səni axtarıram” və Elgiz Əkbərin “Elgizlə izlə”nin yayımı dayandırılıb.

Hazırda yalnız Xəzər TV-də Lalə Azərtaşın “Təsir Dairəsi” və Space TV-də Amil Xəlilin “Gəl danış” verilişi qalıb.

Bizə qoşulun