Medianews.az
Səhəri düzgün başlamağın yolu:
108 baxış

Səhəri düzgün başlamağın yolu: Zəngli saatı dəyişin

Həkim Sebastyan La Rosa səhərlər telefon zəngli saatından istifadə etməməyə çağırıb.

Medianews.az-ın məlumatına görə, mütəxəssis bildirib ki, insanlar zəngli saatı söndürmək üçün telefonu əllərinə götürdükdə, istər-istəməz bildirişlərə diqqət yetirirlər. Bu isə vaxtın fərqinə varmadan sosial şəbəkələrə və ya mesajlara baxmaqla günün ləng başlamasına səbəb olur.

Həkimin sözlərinə görə, bu vərdiş səhərin stresli və tələsik keçməsi ilə nəticələnir.

La Rosa daha rahat və səmərəli günə başlamaq üçün ayrıca zəngli saatdan istifadə etməyi, telefonu isə yataq otağından kənarda saxlamağı tövsiyə edir. Onun fikrincə, bu halda insanlar səhər vaxtını daha faydalı şəkildə – sakit səhər yeməyi, duş və ya ailə ilə ünsiyyətə sərf edə bilərlər.

Medianews.az

Bizə qoşulun