Medianews.az
Salyanda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb
48 baxış

Salyanda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb

Ələt-Astara magistral avtomobil yolunun Salyan rayon ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbilə aprelin 12-də saat 08:00 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Medianews.az bildirir ki, xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:20 radələrində ölüm faktı qeydə alınıb. 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Bizə qoşulun