Məşhur kolumbiyalı müğənni Şakira 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin kapitanı Lionel Messi və komandaya dəstək mesajı göndərib.
Medianews.az xəbər verir ki, qarşılaşmanın fasiləsində çıxış edən Şakira sosial şəbəkədə argentinalılara müraciət edib.
“Əziz argentinalılar, sizinlə çox fəxr edirəm. Lionel Messi nəhəngdir. 2026-cı il dünya çempionatında bütün latın amerikalıları layiqincə təmsil etdiyiniz üçün təşəkkür edirəm. Həmişə qəlbimdəsiniz!”
Müğənni turnirin qalibi olan İspaniyanı da təbrik edib: “İspaniya! Dünya çempionatında uğurunuzu sizinlə yenidən bölüşməkdən qürur duyuram. Təbrik edirəm!”
Qeyd edək ki, Şakira 2010-cu il dünya çempionatının bağlanış mərasimində də çıxış edib. Həmin turnirdə də İspaniya dünya çempionu olmuşdu.
Medianews.az