Medianews.az
Sahib Əliyev vəzifəsindən  azad edildi -
141 baxış

Sahib Əliyev vəzifəsindən azad edildi - FOTO

Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi vəzifəsindən azad edilib.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq əmri imzalayıb.

Əmrə əsasən, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Sahib Əliyev işdən çıxarılıb.

O, dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Hələlik həmin vəzifəyə yeni təyinat olmayıb.

Bizə qoşulun