Uzun və sağlam həyat təkcə genlərdən deyil, gündəlik vərdişlərdən asılıdır.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, pandemiyadan sonra dünyada orta ömür uzunluğunun azalmağa başlayıb.
Stress, yuxusuzluq və düzgün olmayan qidalanma isə “səssiz təhlükə” kimi sağlamlığa zərər vurur.
Zərərli vərdişlər və risklər
- Siqaret – hüceyrələrin sürətlə qocalmasına səbəb olur və ömrü 10–15 il azalda bilər.
- Alkoqol – qaraciyər, ürək və beyin üçün ciddi risk yaradaraq ömrü 20 ilə qədər qısalda bilər.
- Yanlış qidalanma – yağlı, duzlu və şəkərli qidalar piylənmə və 2-ci tip diabet riskini artırır, ömrü 4–10 il azalda bilər.
- Yuxusuzluq – gündə 6 saatdan az yuxu erkən ölüm riskini artırır.
- Stress və tənhalıq – xroniki stress ömrü bir neçə il azaldır, sosial təcrid isə ciddi sağlamlıq riskidir.
- Həddindən artıq kofein, duz və şəkər – ürək-damar və digər xroniki xəstəliklərin yaranmasını sürətləndirir.
Mütəxəssislər sağlam həyat üçün balanslı qidalanma, keyfiyyətli yuxu və stressin idarə olunmasını əsas şərtlər kimi göstərir.
Medianews.az