Türkiyənin Samsun bölgəsinin Canik rayonunda məktəblərarası futbol turniri zamanı iki şagird müəllimə hücum edərək onu döyüb.
Medianews.az xəbər verir ki, hadisə Gülizar-Hasan Yılmaz İdman Liseyi ilə Atakum Anadolu Liseyi arasında keçirilən oyun zamanı baş verib.
Mübahisə edən futbolçulara müdaxilə etmək istəyən bədən tərbiyəsi müəllimi B.Z. (53) bir qrup şagirdin hücumuna məruz qalıb. Müəllim xəstəxanaya aparılıb, müayinədə sağ qaş üstündə yara və əlində sınıq aşkarlanıb.
Polis hadisəni törədən iki şagirdi saxlayıb. Hadisə anı mobil telefon kamerası ilə qeydə alınıb.
Medianews.az