“Bu gün İranda baş verən dəhşətli hadisələr mənə 2004-cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında baş vermiş 9,3 bal gücündə zəlzələ nəticəsində yaranmış sunamini xatırladır”. Azərbaycanın sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifova Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, sunami anlarında okeanın sahilində dayanan insanlar nə baş verdiyini və bir neçə dəqiqədən sonra hansı faciə ilə üzləşəcəklərini anlaya bilmirdilər, onlar sadəcə baş verənləri maraqla izləyirdilər: “Bu gün biz də sərhəddə dayanıb 92 milyonluq İranda baş verən 9 ballıq siyasi zəlzələnin hansı faciələr törədə biləcəyini sanki anlamırıq!
Dəli dediyimiz Vladimir Jirinovski illər öncə bu hadisələrin proqnozunu vermişdi…”