Türkiyənin Bolu şəhərinin vəzifəsindən uzaqlaşdırılmış bələdiyyə sədri Tanju Özcan barəsində yeni ittihamlar irəli sürülüb.
Medianews.az xəbər verir ki, daha əvvəl müxtəlif cinayət işləri üzrə həbs olunan Özcan haqqında bu dəfə cinsi zorakılıq iddiası ilə aparılan istintaq çərçivəsində də həbs qərarı çıxarılıb.
İddialar bələdiyyə əməkdaşlarından birinin şikayəti əsasında araşdırılır.
Şikayətçi qadın ifadəsində Tanju Özcanın onu müxtəlif vaxtlarda görüşməyə məcbur etdiyini və təhdid yolu ilə cinsi zorakılıq tətbiq etdiyini iddia edib. İstintaq çərçivəsində bələdiyyə sədrinin sürücüsü də hadisələrdə vasitəçilik etdiyi iddiası ilə həbs olunub.
Qeyd edək ki, Tanju Özcan ittihamlarla bağlı günahsız olduğunu bildirib. Faktla bağlı araşdırmalar davam edir və yekun hüquqi qiymət məhkəmə tərəfindən veriləcək.
Medianews.az
