PSJ-in gənc qapıçısı Bilal Lorendon karyerasını Azərbaycanda davam etdirə bilər.
Publika.az xəbər verir ki, onun xidmətində Premyer Liqanın lideri "Sabah" maraqlıdır.
Hazırda tərəflər arasında danışıqlar gedir. "Bayquşlar" perspektivli qapıçı üçün cəlbedici variant sayılır. Bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.
20 yaşlı mərakeş əsilli fransız qolkiperin Paris klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. Lakin Fransa nəhəngi onu azad agent kimi komandadan buraxmağa hazırlaşır. Lorendon bu mövsüm əsasən PSJ-nin U-23 komandasında çıxış edib.
O, Mərakeşin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.
