Yanvarın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiyada Xidmətindən Medianews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi səhər arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.