Medianews.az
Sabah Bakının bu küçəsində hərəkət
103 baxış

Sabah Bakının bu küçəsində hərəkət məhdudlaşacaq

Sabah Bakının Süleyman Vəzirov küçəsində məhdudiyyət yaranacaq.

Bu barədə Medianews.az-a AAYDA-dan məlumat verilib.

Məlumata görə, Xətai rayonu, Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinədək olan hissəsində əsaslı təmir işləri aparılacaq. Bununla əlaqədar, 4 mart saat 08:00-dan saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

Bizə qoşulun