Medianews.az
Rusiyada yüksək vəzifəli məmur
130 baxış

Rusiyada yüksək vəzifəli məmur həbs olundu

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) keçmiş rəhbəri Aleksandr Neradko saxlanılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Medianews.az xəbər verir ki, Neradko mütəşəkkil qrup tərəfindən törədildiyi iddia edilən xüsusilə külli miqdarda dələduzluq cinayətində şübhəli bilinir.

Məhkəmənin qərarı ilə o, iki ay müddətinə həbs edilib. Müdafiə tərəfi artıq bu qərardan apellyasiya şikayəti verib.

Aleksandr Neradkoya qarşı ittiham Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) üzrə irəli sürülüb. Bu maddə təqsiri sübuta yetiriləcəyi təqdirdə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur./Ajans.az

Bizə qoşulun