Rusiyanın Kamçatka bölgəsinin akvatoriyasında maqnitudası 3.7 - 6.9 arasında dəyişən bir neçə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmət məlumat yayıb.
Ən güclü zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən təqribən 178 kilometr aralıda olub.
Yeraltı təkanlardan sonra sakinlərə sahilə dalğa gəlməsi ehtimalı ilə bağlı xəbərdarlıq edilib və sahilboyu ərazilərə çıxmamaq tövsiyə olunub.
Sunami üzrə müvafiq mərkəzinin məlumatına əsasən, Petropavlovsk-Kamçatsk sahillərinə dalğanın yaxınlaşması istisna olunmur.
İtki və dağıntı barədə məlumat verilməyib.//Oxu.Az