Rusiyada yeddi nəfər dəm qazından zəhərlənərək ölüb.
Medianews.az xəbər verir ki, faciə Penza vilayətinin Zareçnaya kəndindəki yaşayış binasında baş verib.
İlkin məlumatlara görə, dəm qazı səkkiz mərtəbəli binanın dörd mənzilinə yayılıb. Qurbanlar arasında uşaqlar yoxdur.
Hadisə yerinə prokurorluq əməkdaşları göndərilib və araşdırma aparılır.
Medianews.az