Medianews.az
Rusiya bloqer Hüseyn Həsənovun
124 baxış

Rusiya bloqer Hüseyn Həsənovun SƏRVƏTİNİ ƏLİNDƏN ALDI

Çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənov 170 milyon rubl (4 milyon manata yaxın) məbləğində vergi borcunu ödəyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə bloqerin vəkili Mixail Yusupov məlumat verib.

"Hüseyn Həsənov hələ 2024-cü ildə 170 milyon rubl vergi borcunu ödəyib, cəzalar və cərimələrlə birlikdə isə təxminən 300 milyon rubl (7 milyon manata yaxın) ödəyib", - deyə vəkil bildirib.

Qeyd edək ki, Moskvanın Presnenski Məhkəməsi Həsənov barəsində qiyabi cinayət işinə baxmağa başlayıb. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi (cinayət törətmək nəticəsində şəxs tərəfindən əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, yuyulması) maddəsi üzrə qiyabi ittiham irəli sürülüb. Həsənov qiyabi olaraq həbs edilib və beynəlxalq axtarışa verilib.

İstintaqın məlumatına görə, fərdi sahibkar olan Hüseyn Həsənov 170 milyon rubldan çox vergi borcunu ödəməyib. Pula qanuni mülkiyyət görünüşü vermək, ondan istifadə etmək və sərəncamında saxlamaq üçün Həsənov pulları maliyyə əməliyyatları və 1-ci Krasnoqvardeysk küçəsində ümumi dəyəri 68 milyon rubldan (1 milyon 500 min manat) çox olan daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin bağlanması vasitəsilə leqallaşdırıb (qanuniləşdirib).

Əlavə edək ki, Hüseyn Həsənov çirkli pulların leqallaşdırılmasında təqsirli olduğunu etiraf etməkdən imtina edib.

"Müvəkkilimiz günahını qəbul etmir", - deyə bloqerin nümayəndəsi vurğulayıb.

Bizə qoşulun