Medianews.az
Rus qadını kəmərlə gəzdirən kişi qəzəb doğurdu –
50 baxış

Rus qadını kəmərlə gəzdirən kişi qəzəb doğurdu – görüntülər yayıldı

Rusiyada bir kişinin qadını kəmərlə gəzdirdiyini əks etdirən görüntülər sosial mediada böyük qalmaqala səbəb olub.

Medianews.az xəbər verir ki, görüntülərdə ödənişli fitnes müəllimi olduğu iddia edilən rus qadının kişinin yanında it kimi kəmərlə gəzdirildiyi əks olunub.

Videoda kişinin qadına hovuzdan su verdiyi anlar da yer alıb. Sosial mediada yayılan görüntülər qısa zamanda viral olub və çoxsaylı istifadəçi tərəfindən sərt tənqid edilib.

Paylaşılan video insan ləyaqəti və etik davranış qaydaları ilə bağlı ciddi müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu cür davranışı alçaldıcı və qəbuledilməz hesab etdiyini bildirib.

Hadisə ilə bağlı rəsmi qurumların araşdırma aparıb-aparmadığı isə hələlik məlum deyil.

Medianews.az 

Bizə qoşulun