Medianews.az
Rəsmi gəliri olmayanlar necə kredit ala bilər? -
736 baxış

Rəsmi gəliri olmayanlar necə kredit ala bilər? - AÇIQLAMA

Banklardan kredit götürmək üçün əsas şərtlərdən biri rəsmi gəlirin olmasıdır. Lakin bəzən rəsmi gəliri olmayan şəxslər də kredit almaq istəklərini bildirirlər. Bu vəziyyət həm bankların risklərini, həm də vətəndaşların ödəniş qabiliyyətini gündəmə gətirir. Belə hallarda kredit verilməsinin mümkün olub-olmaması mübahisə doğurur. Rəsmi gəliri olmayan şəxslərə hansı halda kredit verilə bilər?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, hər hansı fiziki və ya hüquqi şəxsə, sahibkara kredit verildikdə onun rəsmi gəlirləri təhlil olunur. Onun sözlərinə görə, yeni qanunlara əsasən, sosial şəbəkə hesablarından tutmuş bir sıra digər faktorlar da araşdırılır:

“Bundan sonra risklərin qiymətləndirilməsi həyata keçirilir. Yəni, növbəti gün həmin şəxsin – borc götürənin ödəmə qabiliyyətinin hansı səviyyədə olması barədə qərar qəbul edilir. Rəsmi iş yeri və gəliri olmayan şəxslərə kredit verilməsi isə xeyli çətin olur. Son bir neçə ildə belə bir praktika tətbiq edilib: sahibkarlıq kreditləri. Bu zaman rəsmi gəliri olmayan şəxslərə VÖEN əsasında, təqribi qiymətləndirmələr aparılmaqla kreditlər verilib.

Hazırda problemli kreditlərin sayı əvvəlki illərlə müqayisədə daha çox görünür. Banklar belə hallara üstünlük vermirlər və çalışırlar ki, xüsusilə son dövrlərdə yalnız rəsmi gəliri olan şəxslərə kredit versinlər”.

Oğuz Ayvaz

Medianews.az

Bizə qoşulun