Medianews.az
Rayonlarda yağıntı intensivləşəcək, çaylarda sululuq artacaq -
74 baxış

Rayonlarda yağıntı intensivləşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Medianews.az-a verilən xəbərə görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bizə qoşulun