Medianews.az
Rasim Balayevin yerinə seçki
123 baxış

Rasim Balayevin yerinə seçki bu tarixdə keçiriləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub.

Medianews.az APA-ya istinadla xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qurultayın keçiriləcəyi məkan hələlik məlum deyil.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib.

Bizə qoşulun