Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil İmranovun nəşi Vətənə gətirilib.
Mərhum diplomat bu gün torpağa tapşırılacaq.
Məlumat Medianews.az-a Xarici İşlər Nazirliyindən verilib.
Xatırladaq ki, Ramil İmranov mayın 23-ü Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.