Medianews.az
Ramazanda susuzluq böyrək daşı riskini artırır –
145 baxış

Ramazanda susuzluq böyrək daşı riskini artırır – Uroloqdan xəbərdarlıq

Ramazan ayında uzun müddət susuz qalmaq böyrək daşı riskini artırır.

Medianews.az xəbər verir ki, bu barədə uroloq mütəxəssisi, dosent doktor Cevper Ersöz xəbərdarlıq edir.  

O, iftar ilə imsak arasında ən azı 2-2,5 litr su içilməsinin vacib olduğunu vurğulayıb.

Dosent Ersöz bildirib ki, qazlı, şəkərli içkilər və həddindən artıq çay-kofe suyun yerini vermir və böyrək daşı əmələ gəlməsini sürətləndirə bilər. Böyrək daşı keçirmiş və ya ailəsində bu xəstəliyi olan şəxslər xüsusi diqqət göstərməlidir. Həmçinin, çox duzlu və yüksək zülallı qidalardan uzaq durmaq tövsiyə olunur.

Aktiv böyrək daşı xəstəliyi olanların və ya yaxın zamanda əməliyyat keçirmişlərin oruc tutmadan əvvəl həkimlə məsləhətləşməsi vacibdir. Şiddətli yan ağrısı, qusma, sidikdə qan və ya hərarət kimi əlamətlərdə dərhal təcili yardım çağırılmalıdır. Kiçik daşlar adətən öz-özünə düşsə də, 4 mm-dən böyük daşlar üçün endoskopik üsullarla, idrar kanalı vasitəsilə lazer enerjisi ilə daş qırılması proseduru tətbiq olunur.

Medianews.az

 

Bizə qoşulun