Medianews.az
Ramazanda kökəlmək istəmirsinizsə
172 baxış

Ramazanda kökəlmək istəmirsinizsə bunlara diqqət edin

Ramazan ayında qidalanma rejimi dəyişdiyi üçün düzgün seçimlər etməmək çəki artımına və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Medianews.az xəbər verir ki, dietoloqu Özgenaz Kazanın bir neçə əsas qaydaya əməl etməyi tövsiyə edir.

Orucu bir ədəd xurma və şorba ilə açmaq tövsiyə olunur. Uzunmüddətli aclıqdan sonra birdən-birə çox yemək mədə-bağırsaq narahatlığı yarada bilər. Şorbadan sonra 5-10 dəqiqə gözləmək lazımdır. Çünki beyin toxluq siqnalını 15-20 dəqiqə sonra verir və bu fasilə artıq qida qəbulunun qarşısını alır.

Əsas yemək kimi az yağlı tərəvəz, paxlalılar, həmçinin izqara, sobada və ya qaynadılmış ət, toyuq və balıq seçilməlidir. Süfrədə mütləq yaşıl salat olmalıdır. Şirniyyat isə həftədə 2 dəfədən çox olmamaqla, əsasən südlü və ya meyvəli növlərə üstünlük verilməlidir.

Xurma kaliumla zəngindir, sinir və əzələ fəaliyyətini dəstəkləyir, qanazlığının qarşısının alınmasına kömək edir. Lakin miqdarına nəzarət edilməlidir.

İmsakdan imtina etmək gün ərzində qan şəkərinin düşməsinə səbəb olur. Bu zaman ağır, yağlı və un məmulatlarından uzaq durmaq tövsiyə edilir. Ən uyğun seçimlər pendir, yumurta, tam taxıllı çörək, tərəvəz, yüngül şorbalar və zeytun yağlı yeməklərdir.

İftarla imsak arasında 2-2,5 litr su içmək vacibdir. Hərəkətsizlik çəki artımına səbəb ola bilər. İftardan sonra 30-45 dəqiqə orta templə yürüş həzmi yaxşılaşdırır. Xroniki xəstəliyi olan şəxslər oruc tutmazdan əvvəl həkimlə məsləhətləşməlidir.

Medianews.az

Bizə qoşulun