Rusiyada Sankt-Peterburqun “Suvorov” yaşayış kompleksində sakinlər dünən axşam qeyri-adi hadisə ilə üzləşiblər.
Medianews.az xəbər verir ki, bu barədə SHOT kanalı məlumat yayıb.
Binanın qarşısında papaq taxmış maskalı, əlində silaha bənzər bir əşya daşıyan naməlum kişi sakinləri qorxudub.
Sakinlər dərhal polisə məlumat veriblər. Bildirilib ki, 35 yaşlı kişi sərxoş vəziyyətdə küçədə gəzməyə çıxıb və əlindəki silah yalnız oyuncaq olub. Hazırda onunla danışıqlar aparılır.
Medianews.az