Medianews.az
Türkiyənin “Jorje Jezusu” gündəm oldu -
116 baxış

Türkiyənin “Jorje Jezusu” gündəm oldu - VİDEO

Türkiyənin Mardin bölgəsinin “Kızıltepe 47 Spor” klubunun baş məşqçisi Veysi Altun meydan kənarındakı davranışları ilə diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, enerjili duruşu, oyuna aktiv müdaxiləsi və tez-tez oyunçularına göstərişlər verməsi futbol ictimaiyyətində onun Portuqaliyalı məşqçi Jorje Jezusa bənzədilməsinə səbəb olub.

Oyun ərzində ehtiyat skamyasından tez-tez ayağa qalxan Altun, yüksək tempdə komandaya rəhbərlik etməsi ilə seçilib. Onun meydan kənarındakı idarəetmə tərzi təkcə azarkeşlərin deyil, sosial media istifadəçilərinin də diqqətini çəkib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra futbolsevərlər Veysi Altunun mimikaları və reaksiyalarının Jorje Jezusa oxşarlığını müzakirə etməyə başlayıblar.

Medianews.az

 

Bizə qoşulun