Medianews.az
Məşhur aktyor dostunun “qız istəmə” mərasimində iştirak edib -
111 baxış

Məşhur aktyor dostunun “qız istəmə” mərasimində iştirak edib - FOTOLAR

Məşhur aktyor Çağatay Ulusoy yaxın dostu Mali Şimşekin Berfin Yaren Bilginlə keçirilən qız istəmə mərasimində iştirak edib.

Medianews.az xəbər verir ki, mərasimdən yayılan görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub.

Dostunu bu özəl gündə tək qoymayan Ç.Ulusoy mərasimdə bəy tərəfinin qonaqları arasında yer alıb. Sosial mediada paylaşılan kadrlar çoxsaylı bəyənmə toplayıb, izləyicilər isə aktyorun davranışını “əsl dostluq nümunəsi” kimi qiymətləndiriblər.

Karyerası ilə daim diqqət mərkəzində olan Çağatay Ulusoy hazırda “Eşref Rüya” serialındakı rolu ilə də tamaşaçıların marağını cəlb edir.

Medianews.az

Bizə qoşulun