"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını MLS-in "Kolumbus Kryu" klubunda davam etdirəcək.
Ağdam təmsilçisi də bu transferdən pul qazanacaq.
MLS klubu "Qarabağ"a 2 milyon dollar (3.4 milyon manat) ödəyəcək.
Bu məbləğ hissə-hissə ödəniləcək.
Qeyd edək ki, Nəriman "Kolumbus Kryu" ilə 3.5 illik müqavilə imzalayacaq.
(qafqazinfo.az)